Sığorta

“Standard İnsurance” şirkətinə yeni sədr təyin olunub

Azərbaycanın sığorta şirkətlərindən olan “Standard İnsurance”-a yeni sədr təyin olunub.

Şirkətdən bildirilib ki, səhmdarların qərarına əsasən şirkətin İdarə Heyətinin sədri vəzifəsinə Kamran Babayev təyin edilib.

Kamran Babayev 9 may 1979-cu ildə Bakı şəhərində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində hüquqşünaslıq, 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarəedilməsi üzrə bakalavr təhsili alıb.  2005-2006-ci illərdə o, Londonun "Chartered Insurance" İnstitutunda sığorta üzrə təhsilini davam etdirib.

Kamran Babayev 2008-2012-ci illərdə "Beynəlxalq Sığorta Şirkəti"ndə Daxili Audit Departamentinin direktoru, 2012-2016-cı illərdə "Buta Sığorta"nın İdarə Heyətinin üzvü, 2017-ci ildən hazırkı təyinatına qədər “Azərbaycan Sənaye Sığorta” Şirkətinin İdarə Heyətinin sədri vəzifələrini icra edib.

Xatırladaq ki, “Standard İnsurance” Sığorta Şirkəti 2002-ci ildən etibarən fəaliyyət göstərir. Şirkət “Lloyd’s”un ən böyük brokerlərindən olan “AON” Qrupu tərəfindən “Etibarlı şirkətlər siyahısı”na daxil edilib. “Standard Insurance” 4 növ icbari və 24 növ könüllü sığorta xidməti təklif edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)