Sosial iqtisadiyyat

Bakı-Pirşağı-Bakı elektrik qatarlarının reysləri artırılır

Fevralın 3-dən Bakı-Pirşağı-Bakı elektrik qatarları yeni cədvəl üzrə hərəkət edəcək.

“Azərbaycan Dəmir Yolları” QSC-dən  verilən məlumata görə, sərnişindaşımaya artan tələbatı təmin etmək məqsədilə sözügedən istiqamətdə hərəkət edən qatarların sayı artırılacaq. Bir istiqamətdə 15 qatar olmaqla, hərəkət qrafikində dəyişiklik ediləcək.

Hazırda isə gün ərzində bir istiqamətdə cəmi 8 qatar hərəkət edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)