4 marşrut xətti “BakıKart”a keçir
Yanvarın 30-dan 67 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar “BakıKart” sisteminə keçdikdən sonra növbədə 77 və 26 nömrəli avtobuslar olacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
O bildirib ki, fevraldan isə avtobusların “BakıKart”a inteqrasiyası daha da sürətlənəcək. Bu ilin birinci yarısınadək “BakıKart” sisteminə keçid prosesinin yekunlaşması gözlənilir.