AFFA ötən ilin büdcəsi və xərclərini açıqlayıb
AFFA-nın gəlirləri 2019-cu ildə büdcəsi 29 milyon 948 min 618 manat təşkil edib.
ENA.az xəbər verir ki, bu barədə AFFA-nın hesabat seçki konfransında açıqlama verilib.
Bildirilib ki, xərclər 23 milyon 423 min 308 manat olub.
Daha sonra görülmüş işlərin, maliyyə və audit hesabatları təqdim olunub. AFFA ilə 10 ildən artıq əməkdaşlıq edən qurum kimi UNİCEF-ə xüsusi mükafat təqdim olunub.