Sosial iqtisadiyyat

“Limit”lə satış siqareti - BAHALAŞDIRDI

Bəzi köşklər siqaretin qiymətini bahalaşdırıb.

ENA.az xəbər verir ki, həmin köşklər qiyməti 2 manata qədər olan siqaretləri 10 qəpik, 2 manatdan yuxarı  olanları isə 20 qəpik baha satır.

Bir sıra satış nöqtələrində isə siqaret əvvəlki qiymətə olsa da, “limit”lə satılır. Belə ki, alıcılara 2 qutudan artıq  verilmir.

Apardığımız araşdırma zamanı bəlli olub ki, bu, siqaretlərin yaxın günlərdə bahalaşacağı barədə xəbərlərlə əlaqədardır. Həmçinin, topdansatış məntəqələri də pərakəndə satış obyektləri üçün limit tətbiq edib.

(c) Yenisabah

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)