Bakıda daha bir nəfər spirtli içkidən zəhərləndi
![](https://ena.az/uploads/news/2020-01/_ena_456cb389f524f547cac029ccc_o.jpg)
Azərbaycanda daha bir nəfər spirtli içkidən zəhərlənib.
"ENA"nın verdiyi xəbərə görə, yanvarın 24-ü saat 19 radələrində Qazaxıstan vətəndaşı, 1980-cı il təvəllüdlü Əzimov Şahmalı Anatoliyeviç Xətai rayonunda yerləşən "Beer Point" kafesində 1 litr "Tradisii Belarusii" markalı araq içib və zəhərlənərək Toksikologiya Şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağırdır.
Xətai RPİ-də araşdırma aparılır.
Məlumata görə, Ş. Əzimov Bakı Slavyan Universitetinin yataqxanasında yaşayır.