TURİZM

Cavan icra başçısından turistlər üçün pulsuz xidmət təşəbbüsü

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun təşəbbüsü və şəhərdə fəaliyyət göstərən “Naftalan Müalicə və Sağlamlıq Mərkəzi”nin dəstəyi ilə şəhərə gələn turistlərin məmnunluğunu və onların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Naftalan - Goran dəmiryolu stansiyası - Naftalan istiqamətində müasir standartlara cavab verən Toyota markalı sərnişin daşıyan nəqliyyat vasitəsi istifadəyə verilib.

Bu  barədə  Naftalan Şəhər İcra Hakimiyyətindən bildirilib.

Qeyd edilib ki, turistlərin bu istiqamətdə daşınması “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkət cədvəlinə, sürət qatarının Goran stanasiyasına çatma vaxtına  uyğun olaraq həftənin hər günü həyata keçiriləcək və göstərilən xidmət ödənişsiz qaydada göstəriləcək.

Gələcəkdə bu xidmətdən istifadəyə tələbat artarasa həmin marşurut xətti üzrə nəqliyyat vasitələrinin sayı artırılacaq.

Bu marşurutun açılmasının əsas səbələrindən biri də Bakı-Gəncə-Bakı yeni sürətli sərnişin qatarının istifadəyə verilməsi və bu qatardan istifadə edərək Naftalana  gələn yerli və xarici turistlərin sayında artım müşahidə olunmasıdır.

2019-cu ildə  kurort şəhərinə gələn turistlərin sayı əvvəlki illərlə  müqayisədə artaraq  40 min nəfərədək çatmışdır. Onlardan 40 faizi  xarici turistlərin payına düşür. Bu statistika müstəqillik illərində Naftalanda qeydə alınan ən yüksək göstəricidir.

1980-cı ildə Bakı şəhərində anadan olmuş Vüqar Novruzov 2019-cu ilin Dakabr ayının 4-də Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)