ENA+

Türkiyədə güclü zəlzələ olub

Türkiyədə zəlzələ olub. 

Yerli mətbuat xəbər verir ki, yeraltı təkanlar Manisada qeydə alınıb. 

Zəlzələnin maqnitudasının 5.4 olduğu açıqlanıb.  

İlkin məlumatlara görə, episentri yerin 7 km dərinliyində olan zəlzələ ətraf şəhərlərdə də hiss edilib.  

Manisa valisi açıqlama verib və hadisə zamanı dağıntıların, eyni zamanda insan itkisinin olmadığını bildirib.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)