Azərbaycanda dəhşətli virusa yoluxma halı var? - RƏSMİ
Azərbaycanda koronovirusa yoluxma faktı qeydə alınmayıb.
Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Azərbaycanın baş infeksionisti Cəlal İsayev isə açıqlamasında deyib ki, bu viruslar dünyada geniş yayılıb.
O qeyd edib ki, bütün ölkələrdə müşahidə olunan kəskin respirator virus infeksiyalarının 4-9%-ə qədəri məhz koronoviruslar tərəfindən törədilir:
“Çində aşkar olunan yeni virus növü ağır gedişi ilə seçilir. Bu virusdan ölüm faizi 35-ə bərabərdir”.
Mütəxəssis vurğulayıb ki, virus iki yolla yoluxur:
“Birincisi qidadan, ikinci isə hava damcı yolu ilə keçir. Qidadan yoluxma zamanı əsasən, mədə-bağırsaq problemləri özünü büruzə verir. Tənəffüs yolları ilə yoluxanda bu ağciyərlərin zədələnməsi ilə fəsadlaşa bilər. Bu zaman ağciyərlər sıradan çıxır və kəskin ağciyər çatışmazlığından insan tələf olur”.
C.İsayev virusun Azərbaycana keçmək ehtimalının yüksək olduğuna diqqət çəkərək deyib ki, ölkədən Çinə xeyli gediş-gəliş var:
“Vətəndaşlarımıza məsləhət görərdik ki, Çinə gedərkən xəstəliyin yayıldığı bölgələrdə olmasınlar və zöhkəm əlaməti olan insanlarla təmasdan çəkinsinlər. Çünki bu vuris sıx təmas olan zaman yoluxur. Təmas olmasa və maska taxılsa yoluxma ehtimalı qat-qat aşağı düşür”.
Baş infeksionist əlavə edib ki, virus xarici təsirlərə dözümsüzdür:
“Belə ki, bu virusa yoluxan insanlar 37 dərəcə temperaturda 15 dəqiqəyə tələf olurlarsa, 56 dərəcədə ani olaraq ölürlər. Yoluxma halında insan müxtəlif məhlullara həssas olduğundan tezlikcə tələf ola bilir. Bu qaydalara əməl olunsa yoluxma ehtimalı azalar. Virusa yoluxma ciddi gedişə malik olduğundan ölkədə yoluxma faktı qeydə alınsa isi dərhal məlumatlı olardıq. Bu gün üçün Azərbaycanda belə hal yoxdur”.
Qeyd edək ki, Çində yeni tipli koronavirusa yoluxanların sayı 291 nəfərə çatıb. Son 24 saat ərzində ölkənin orta bölgəsindəki Hubei əyalətində, habelə paytaxt Pekində və Şanqhaidə 77 yoluxma halı qeydə alınıb. Daha doqquz bölgədə koronavirus şübhəsi ilə 27 xəstə aşkarlanıb.
Ümumdünya Səhiyyə Təşkilatı yanvarın 22-də koronavirusla bağlı Fövqəladə Hallar üzrə Komitənin toplantısını çağırıb. Məqsəd Ghebreyesus yeni koronavirus alovlanmasının ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyət yaradan bir hadisə olub-olmadığını müəyyənləşdirmək və onun idarə oluması ilə bağlı müvafiq tövsiyələrin hazırlanmasıdır.