Mərkəzi Bankdan kriptovalyuta - AÇIQLAMASI
Azərbaycan Mərkəzi Bankı öz kriptovalyutasını buraxmağı planlaşdırmır. Bunu bankın İdarə Heyətinin sədr müavini Alim Quliyev deyib.
“Hazırda AMB blokçeyn texnologiyasını tətbiq edir, lakin kriptovalyutalara yanaşmamız konservativ olaraq qalır. İndi öz kriptovalyutanın buraxılması məsələsi gündəmdə deyil”, - A.Quliyev cümə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, konservativ münasibətin səbəbi bu investisiya alətinin yüksək səviyyədə riskli olmasıdır.
“Kriptovalyutalar tənzimlənmir, burada çirkli pulların yuyulması imkanı, həmçinin müştərinin identifikasiyasının mümkün olmaması amili var. Yüksək səviyyəli risk bizi kriptovalyutalara konservativ yanaşmağa vadar edir”, - A.Quliyev qeyd edib.