ENA+

Rusiyanın Baş prokuroru vəzifəsindən getdi

Rusiyanın Baş prokuroru Yuri Çayka istefaya gedib.

ENA”nın “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Çayka “başqa işə keçdiyi üçün” vəzifəsindən gedib.

Prezident Vladimir Putin artıq ölkənin Baş prokuroru postuna namizədini də açıqlayıb. Dövlət başçısı bu postda İstintaq Komitəsinin sədr müavini İqor Krasnovu görmək istəyir.

Parlamentin Yuxarı palatasındakı mənbənin məlumatına görə, Çaykanın vəzifəsindən azad edilməsi, yerinə Krasnovun gətirilməsi məsələsinə yanvarın 22-də baxılacaq.

Qeyd edək ki, Yuri Çayka 2006-cı ildən Rusiyanın Baş prokurorudur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)