Nazarbayev Xəzərlə Qara dənizi birləşdirmək istəyir
Qazaxıstanın ömürlük ümummilli lideri olaraq qalan Nursultan Nazarbayev Qazaxıstanın Avrasiya İqtisadi Birliyi ölkələrini (AİB) Qara və Xəzər dənizləri arasında nəqliyyat kanalının qurulması imkanlarını nəzərdən keçirməyə dəvət edib.
Bu barədə “Haber7” məlumat verib.
“Qara dəniz və Xəzər dənizlərini su yolları ilə birləşdirəcək Avrasiya gəmi kanalının inşası perspektivli bir layihə ola bilər”, - deyə Nazarbayev vurğulayıb.
Bundan əlavə, Nazarbayev Rusiya ilə Qazaxıstan ərazisindən keçərək Avropanı Asiya ilə birləşdirəcək yüksək sürətli avtomobil yolunun inşasının mümkünlüyünü araşdırmağı təklif edib.