Sənaye

“Bizim Market”dən Agentlik sədrinin açıqlamasına münasibət - "128 MİN MANAT ZƏRƏRDƏYİK"

"Bizim Market" MMC-nin bu gün Marja.az saytında dərc edilmiş Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin sədri Qoşqar Təhməzlinin "Bizim Market" AQTA-nı günahlandıra bilməz" açıqlamasına münasibət bildirib.

 "Bizim Market" şirkətindən bildirildi ki, "Bizim Market" AQTA tərəfindən uyğunsuz yağın aşkarlanmasında özü də zərərçəkən tərəfdir. Burada söhbət maddi, həm də mənəvi zərərdən gedir. Çünki bu məhsula görə istehsalçıya 128 min 700 manat ödəniş edilib (elktron-qaimənin fotosu aşağıda əlavə edilib).

“SN Qida Təhcizat” MMC adlı şirkət "Bizim Market"ə çox peşəkarcasına hazırlanmış saxta sertifikat təqdim edib və dövlətin rəsmi sənədini saxtalaşdırıb. Bu məsələ ilə bağlı "Bizim Market" hadisədən dərhal sonra rəsmi açıqlama yayıb və bundan sui-istifadə edən media qurumlarının bu addımından təəssüfləndiyini bildirib.

Bundan başqa "Bizim Market" MMC bu kimi halların baş verməməsi üçün AQTA ilə hər zaman daimi əməkdaşlığa və birgə əməkdaşlıq nəticəsində bu formada yararsız məhsul istehsal edən, sertifikatları saxtalaşdıran “istehsalçı”lara qarşı mübarizə aparmağa hər zaman hazırdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)