Sənaye

Azərbaycan hökuməti qeyri-neft ixracı strategiyasını hazırlayır

İqtisadiyyat Nazirliyi 2020-ci ilin iyul ayınadək yeni qeyri-neft ixracı strategiyasını hazırlayacaq. Bu, “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda nəzərdə tutulur.

Nazirlər Kabineti tərəfindən təsdiq olunan Plana əsasən, həmçinin 2020-ci ilin iyul ayınadək İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyii ilə birgə toxuculuq məhsullarının istehsalının təşkili və əlavə dəyər zəncirinin yaradılması barədə təkliflərini təqdim etməlidir. O cümlədən, İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliy 2020-ci ilin aprel ayınadək emal sənayesinin inkişafı, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı istiqamətində təkliflərini hazırlamalıdır.

Həmçinin, may ayınadək ipəkçilik sahəsinin inkişafı istiqamətində konsepsiya layihəsini hazırlamalıdır.

Cari il may ayınadək İqtisadiyyat Nazirliyi özəl investisiyaların cəlb edilməsi üzrə tədbirlərin genişləndirilməsi istiqamətində təklifləri təqdim etməlidir.

Bundan əlavə, İqtisadiyyat Nazirliyi Energetika Nazirliyi və “Azərenerji” ASC ilə birgə 2020-ci ilin sonunadək bərpa olunan enerji sahəsinə əlavə investisiyalar cəlb etməlidir.

2019-cu ildə Azərbaycanın qeyri-neft ixracının həcmi $1,9 milyardı ötüb. Hökumətin qiymətləndirmələrinə əsasən, 2024-cü ildək qeyri-neft ixracının həcmi $3 mlrd.-ı ötməlidir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)