"Bizim Market"dən saxta yağlarla bağlı AÇIQLAMA
"Supermarketin labaratoriyası yoxdur ki, hər bir məhsulu yoxlayıb alsın"
"Bu gün bəzi media orqanlarında Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin “Belorusskoyo Korova” yağının dövriyyədən çıxarlması ilə bağlı məlumat yer alıb.
Eləcə də bax: Bakıda məşhur supermarketdə 12 ton saxta kərə yağı aşkarlandı
Marketlər şəbəkəsindən verilən məlumata görə, xəbər forma olaraq dəyişdirilərək oxuculara təqdim edilib.
"Sözü gedən hadisə ilə bağlı "Bizim Market" də aldadılıb. "Bizim Market" MMC qeyd olunan yağı rəsmi qaydada “SN Qida Təhcizat” MMC-dən alıb və buna görə istehsalçı "Bizim Market"ə AQTA-nın sertifikatını təqdim edib. Araşdırmalar zamanı məlum olub ki, “SN Qida Təhcizat” MMC-nin təqdim etdiyi sertifikat saxtadır və məhsul satışa çıxmadan, dərhal dövriyyədən çıxarılıb.
Qida Təhlüksəzilik Agentliyi adından verilən sertifikatın doğru və ya saxta olduğunu yoxlamaq üçün isə bu gün heç bir vasitə yoxdur. Bunun üçün çox yaxşı olardi ki, AQTA istehsalçılara verdiyi sertifikatları öz saytında yerləşdirsin. Supermarketlər də məhsul alarkən ona təqdim olunan sertifikatı agentliyin saytından yoxlasın və bu kimi hallar baş verməsin. Çünki heç bir supermarketin labaratoriyası yoxdur ki, aldığı hər bir məhsulu labaratoriyada yoxlayıb alsın.
Buna görə "Bizim Market" MMC özü də baş verən hadisədə zərərçəkən tərəfdir. Çünki qeyd olunan məhsullara görə təhcizatçıya ödəniş edib. Ancaq bütün bunlar aydın olsa da, media qurumları xəbər başlıqlarında məhz "Bizim Market"in adını hallandırıblar.