Sənaye

Azərbaycan Gürcüstana benzin və dizel satışını azaldıb

2019-cu ildə Gürcüstan Azərbaycandan 170,2 min ton benzin və dizel yanacağı idxal edib. Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin illik hesabatına görə, Azərbaycandan idxal edilən yanacaq hesabat dövründə ölkənin ümumi idxalının 15%-ni təşkil edib.

Ötən il  Gürcüstanın  benzin və dizel yanacağının idxalı ümumilikdə 1 096,0 min ton təşkil edib  ki, bu da 2018-ci illə  müqayisədə (1 098,9 min ton) 2,9 min ton və ya 0,3% azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)