Sosial iqtisadiyyat

Pensiyaların artım hissəsi nə vaxt veriləcək?

Bu il yanvarın 1-dən pensiyaların minimal həcminin 14% artaraq 227-230 manat olacağı bildirilirdi. Bu gün yanvarın pensiyasını alan təqaüdçülər hesaba 200 manat daxil olduğunu görüblər. Redaksiyamıza artım hissəsi nə vaxt köçürüləcək, deyə daxil olan suallara cavabı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldıq. 

Nazirlikdən verilən məlumata görə, həqiqətən də pensiyalara artımlar bu ilin yanvarından nəzərdə tutulub. Bununla bağlı dövlət başçısının müvafiq sərəncamından sonra işlər başlanacaq və artımlar hesablara köçürüləcək. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)