Aqrar

Azərbaycandan xaricə pomidor satışından illik gəliri açıqlandı

2019-cu il ərzində Azərbaycandan 189 milyon 292 min dollar dəyərində 174 min 548 pomidor ixrac olunub.

ENA” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, təkcə Dekabr ayında 22 milyon 607 min dollar dəyərində pomidor ixrac edilib.
2018-ci ildə Azərbaycandan 177,4 milyon ABŞ dolları məbləğində pomidor ixrac edilmişdi.

POMİDOR ƏN ÇOX MAYDA, ƏN AZ İSƏ AVQUSTDA İXRAC EDİLİB

Pomidor ixracından Azərbaycana Yanvarda 10 milyon 490 min dollar, Fevralda 7 milyon 318 min dollar, Martda 7 milyon 648 min dollar, Apreldə 24 milyon 188 min dollar, Mayda 54 milyon 595 min dollar, İyunda 33 milyon 817 min dollar, İyulda 3 milyon 153 min dollar, Avqustda 333 min dollar, Sentyabrda 750 min dollar, Oktyabrda 5 milyon 315 min dollar, Noyabrda 19 milyon 79 min dollar, Dekabrda 22 milyon 607 min dollar valyuta daxil olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)