Vilayət Eyvazov nazir müavininin rəis qardaşını işdən çıxardı
Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) kadrlar şöbəsinin rəisi, polkovnik-leytenant Fail Quliyev vəzifəsindən azad olunub.
ENA.az xəbər verir ki, Unikal.org-un məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.
Eləcə də bax: Vilayət Eyvazov YPX-nin yeni formalarının tətbiqi ilə əlaqədar sıra baxışı keçirib
Qeyd edək ki, polkovnik-leytenant Fail Quliyev Azərbaycan Respublikasının Daxili İşlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyevin qardaşıdır.