Bank

Mərkəzi Bank 2019-da dolları ucuzlaşmadan qoruyub – ELMAN RÜSTƏMOV

2019-cu ildə Azərbaycan Mərkəzi Bankı dolların mənəzzəsinin sabit qalması üçün bazara valyuta buraxmayıb, əksinə bazardakı artıq valyuta kütləsini sterilizasiya edib.

Bu barədə AMB-nin sədri Elman Rüstəmov sahibkarlar və bank sədrləri ilə göoüşdə bildirib.

Onun sözlərinə görə, 2019-cu ildə Azərbaycanın valyuta ehtiyatları 14% artıb, o cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artıb: «Bu o deməkdir ki, biz (2019-da) manatın məzənnəsinin sabitliyinə vəsait sərf etməmişik, əksinə, bazarda olan bir qədər artıq valyutanı sterilizasiya etməyə məcbur olmuşuq».

Baş bankir bildirib ki, nəticədə xarici valyuta ehtiyatlarının həcmi 51 milyard dolları keçib ki,  bu da xarici borcdan 5 dəfə artıqdır və ölkənin ümumi ÜDM həcmi səviyyəsindədir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)