Azərbaycanda tikintiyə icazə alanda ödəniləcək məbləğlər - TƏSDİQLƏNDİ - TAM SİYAHI
Nazirlər Kabineti “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri”nin təsdiq edilməsi haqqında Qərar verib.
Qərara əsasən, xidmət haqqı məbləğlər aşağıdakı kimidir:
Sıra №-si |
Xidmətin adı |
Ölçü vahidi |
Məbləği (manatla) |
1 |
2 |
3 |
4 |
1. |
Sifarişçinin sorğusu ilə Bakı şəhərinin ərazisində aparılacaq tikintinin icazə verilən parametrlərinin verilməsi |
|
|
1.1. |
sorğuya əlavə olunan hüquqmüəyyənedici sənəddə (sənədin surətində) göstərilən torpaq sahəsinin hüdudları daxilində sifarişçinin müəyyən etdiyi tikinti ərazisinin sahəsi 500 m2 -dək olduqda |
ədəd |
1000,0 |
1.2. |
sorğuya əlavə olunan hüquqmüəyyənedici sənəddə (sənədin surətində) göstərilən torpaq sahəsinin hüdudları daxilində sifarişçinin müəyyən etdiyi tikinti ərazisinin sahəsi 500 m2 -dən çox olduqda |
m2 |
1000,0 + 500 m2 – dən çox olan hər m 2 üçün 2,0 (yuxarı məbləği 3000,0 manatdan çox olmamaqla) |
2. |
Dövlətə və bələdiyyəyə məxsus torpaq sahəsinin ayrılması ilə bağlı tikinti niyyətinə dair rəy verilməsi |
ədəd |
1000,0 |
3. |
Bakı şəhərinin inzibati ərazisində yol və mühəndis-kommunikasiya təminatı sistemi üçün trasların müəyyənləşdirilməsi |
|
|
3.1. |
təchizat şəbəkəsinə qoşulma haqqının məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edildiyi hallarda |
|
bu cədvəlin 3.2-ci bəndinə əsasən tətbiq edilən haqqın 50 %-i məbləğində (yuxarı məbləği 165,0 manatdan çox olmamaqla) |
3.2. |
digər hallarda |
|
|
3.2.1. |
trasın uzunluğu 200 m-dək olduqda |
ədəd |
300,0 |
3.2.2. |
trasın uzunluğu 200 m-dən çox olduqda |
metr |
300,0 + 200-dən çox olan hər metr üçün 0,8 (yuxarı məbləği 3000,0 manatdan çox olmamaqla) |
4. |
Təsdiq üçün təqdim edilən şəhərsalma əsaslandırılması layihələrinin yoxlanılması |
|
|
4.1. |
tikinti ərazisinin ölçüləri 1000 m2 -dək olduqda |
ədəd |
3000,0 |
4.2. |
tikinti ərazisinin ölçüləri 1000 m2 -dən çox olduqda |
m2 |
3000,0 + 1000 m2 – dən çox olan hər m 2 üçün 2,0 (yuxarı məbləği 30000,0 manatdan çox olmamaqla) |
5. |
tikintisinə icazə tələb olunan tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması |
|
|
5.1. |
tikintisinə icazə tələb olunan fərdi yaşayış evləri layihələrinin |
m2 |
15,0 (yuxarı məbləği 15000,0 manatdan çox olmamaqla) |
5.2. |
çoxmənzilli yaşayış binaları layihələrinin |
m2 |
15,0 (yuxarı məbləği 450000,0 manatdan çox olmamaqla) |
5.3. |
qeyri-yaşayış binaları layihələrinin |
|
|
5.3.1. |
istehsalat təyinatlı tikinti layihələrinin |
m2 |
10,0 (yuxarı məbləği 30000,0 manatdan çox olmamaqla) |
5.3.2. |
anbar binalarının layihələrinin |
m2 |
8,0 (yuxarı məbləği 24000,0 manatdan çox olmamaqla) |
5.3.3. |
bu cədvəlin 5.3.1-ci və 5.3.2-ci yarımbəndlərinə aid olmayan qeyri-yaşayış binalarının layihələrinin |
m2 |
15,0 (yuxarı məbləği 45000,0 manatdan çox olmamaqla) |
5.4. |
infrastruktur (yol tikintisi) layihələrinin |
metr |
0,5 (yuxarı məbləği 30000,0 manatdan çox olmamaqla) |
5.5. |
texniki və mühəndis qurğuları layihələrinin |
m2 |
4,0 (yuxarı məbləği 30000,0 manatdan çox olmamaqla) |
5.6. |
mühəndis-kommunikasiya xətləri layihələrinin |
metr |
1,0 (yuxarı məbləği 30000,0 manatdan çox olmamaqla) |
5.7. |
digər obyektlərin layihələrinin |
m2 |
1,0 (yuxarı məbləği 10000,0 manatdan çox olmamaqla) |
6. |
tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı Bakı şəhərinin ərazisində yerləşən tikinti obyektlərinə baxış keçirilməsi |
|
|
6.1. |
tikinti obyektinin ümumi sahəsi 1000 m2 -dək olduqda |
ədəd |
1000,0 |
6.2. |
tikinti obyektinin ümumi sahəsi 3000 m2 -dək olduqda |
ədəd |
2500,0 |
6.3. |
tikinti obyektinin ümumi sahəsi 5000 m2 -dək olduqda |
ədəd |
3500,0 |
6.4. |
tikinti obyektinin ümumi sahəsi 5000 m2 – dən çox olduqda |
ədəd |
8000,0 |
7. |
Bakı şəhərinin inzibati ərazisində tikintiyə icazənin müddətinin uzadılması ilə bağlı sənədlərin tərtibi |
|
1000,0 |
8. |
Mərkəzin arxivində saxlanılan sənədlərin surətlərinin verilməsi |
|
|
8.1. |
10 vərəqə qədər olan hər sənəd |
ədəd |
50,0 |
8.2. |
10 vərəqdən çox olan hər sənəd |
ədəd |
150,0 |
9. |
Bakı şəhərinin inzibati ərazisində açıq sahələrdə əsaslı tikili olmayan iaşə obyektlərinin və səyyar ticarət obyektlərinin yerləşdirilməsinin və quraşdırılmasının uyğunluğunun müəyyənləşdirilməsi |
m2 |
100,0 (yuxarı məbləği 10000,0 manatdan çox olmamaqla) |
Qiymətlərə ƏDV daxildir. Xidmət haqları Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədləri”nə əsasən müəyyən edilən 1-5-ci və 6.1-ci zonalar üzrə – 1 əmsalı, 6.2-ci və 6.3-cü zonalar üzrə – 0,7 əmsalı, 6.4-cü zona üzrə – 0,6 əmsalı, 7-ci zona üzrə – 0,7 əmsalı, 8-12-ci zonalar üzrə – 0,5 əmsalı, habelə Sumqayıt şəhərində – 0,5 əmsalı, Gəncə şəhərində – 0,4 əmsalı, Abşeron rayonunda – 0,3 əmsalı, digər şəhər və rayonlarda isə – 0,1 əmsalı tətbiq edilməklə hesablanır.
Eləcə də bax: Bakıda bu binalar söküləcək - DƏQİQ ÜNVANLAR
Təhsil, sosial, tibb, idman, mədəniyyət sahələrinə və hüquqmühafizə orqanlarına aid tikinti obyektlərinə münasibətdə hesablanan xidmət haqqının məbləğinə əlavə 0,5 güzəşt, yenidən qurulan, bərpa və əsaslı təmir olunan tikinti obyektlərinə münasibətdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda (texniki pasportda) göstərilən hissəyə isə əlavə 0,2 güzəşt əmsalı tətbiq olunur. Eyni zamanda sifarişçisi Vergi Məcəlləsinin 102.2.4-cü və 102.2.5-ci maddələrində nəzərdə tutulmuş şəxslər olan tikinti obyektlərinə münasibətdə əlavə 0,1 güzəşt əmsalı tətbiq olunur.
“Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli fərmanına əsasən, bu sənəddə nəzərdə tutulan xidmətlərin göstərilməsinə görə Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikintisinə icazə tələb olunan, lakin ekspertizanın keçirilməsi tələb olunmayan tikinti obyektlərinə münasibətdə, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər hallarda xidmət haqqı ödənilmir. Cədvəlin 5-ci hissəsindəki xidmət haqqı layihə üzrə tikinti obyektinin ümumi sahəsinə əsasən hesablanır. Həmin Cədvəlin 5-ci və 6-cı hissələrinə əsasən xidmət haqqı hesablanan tikinti obyektinin ümumi sahəsinə yeraltı qaraj mərtəbəsinin sahəsi daxil edilmir.
Tikintisinə icazə tələb olunan tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğunun təkrar yoxlanılması zamanı xidmət haqqı ödənilmir, bu şərtlə ki, ilkin müraciət zamanı xidmət haqqı ödənilmiş olsun, tikinti obyektinin təyinatı saxlanılsın və tikinti obyektinin ümumi sahəsi və ya tikinti sahəsi artırılmasın, habelə təkrar müraciət tikintiyə icazə verilməsindən imtina edildiyi tarixdən və ya uyğunsuzluğun aradan qaldırılması barədə sifarişçiyə yazılı müraciətdən 3 ay müddətində edilsin. Bu müddət ərzində təkrar təqdim olunan tikinti layihəsinə əsasən tikinti obyektinin ümumi sahəsi və ya tikinti sahəsi artırıldığı halda, tikinti layihəsinin yalnız artırılmış hissəsinə münasibətdə xidmət haqqı hesablanır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı”nın icrasından irəli gələn tədbirlərin yerinə yetirilməsində dayanıqlılığın təmin olunması məqsədilə şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı siyahısı Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli fərmanı ilə təsdiq edilmiş ödənişli xidmətlərə görə xidmət haqlarının məbləğinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müraciəti əsasında Nazirlər Kabinetinin razılığı ilə güzəştlər tətbiq edilir.
Bakı şəhərinin inzibati ərazisində açıq sahələrdə əsaslı tikili olmayan iaşə obyektlərinin və səyyar ticarət obyektlərinin yerləşdirilməsinin və quraşdırılmasının uyğunluğunun müəyyənləşdirilməsi görə haqq 1 il müddəti üçün göstərilib.