Bank mətbuat katibi axtarır - VAKANSİYA
Bank of Baku Mətbuat katibi vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə və öhdəliklər
o Bankın məhsul və xidmətləri, yenilikləri və ümumi fəaliyyəti ilə bağlı press-relizlərin yazılması və KİV-də yayımının təmin edilməsi
o Bankdaxili keçirilən tədbirlərə, mühüm hadisələrə dair aylıq bülletenin hazırlanması
o Bank nümayəndələri ilə media qurumları arasında müsahibələrin təşkili, fərqli mövzularda məqalələrin hazırlanması
o KİV nümayəndələri ilə peşəkar əlaqələrin qurulması və daim inkişaf etdirilməsi
o KİV-də yayılan xəbərlərin gündəlik monitorinqi və təhlili
Seçim meyarları
o Ali təhsili olan şəxslər
o Azərbaycan və Rus dilləri üzrə əla, İngilis dili üzrə yaxşı şifahi və yazılı ünsiyyət bacarığı olanlar
o Sahə üzrə 1-3 il iş təcrübəsinə malik olanlar
o Yüksək ünsiyyət bacarığına malik, danışıqlar apara bilən şəxslər
o Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşmasına malik olan şəxslər
İş şərtləri
o İş yeri: Baş İdarə
o İş vaxtı: 5 iş günü, 09:00-18:00
Seçim prosesi
Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində Mətbuat katibi qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.