Sənaye

Şəkidə $50,3 mln. dəyərində hind quşu məhsulları istehsal edən müəssisə yaradılacaq

Azərbaycanın “Green Factory” şirkəti ölkədə hind quşu ətindən məhsulların istehsalını təşkil etməyi planlaşdırır. Bu barədə hökumətdən məlumat verilib.

“Layihə «Turkey farm» adlanır. “Green Factory” tərəfindən artıq hind quşu əti məhsullarının istehsalının təşkilini nəzərdə tutan biznes plan hazırlanıb. Layihə $50,3 milyon dəyərində qiymətləndirilir”, – hökumətdən bildiriblər.

Müəssisənin Şəki rayonunda yaradılması planlaşdırılır.

“Hazırda şirkət layihənin maliyyələşdirilməsi məqsədilə investor axtarır. Layhənin reallaşdırlması müddəti iki ildən artıq təşkil edəcək, investisiyaların xərcinin çıxarılması 7 il müddətində qiymətləndirilir”, – hökumətdən vurğulanıb.

Hazırda “Green Factory” Azərbaycanda bağçılıq sahəsində layihələr həyata keçirir (82 hektar sahədə), 25 hektar sahədə istixana komplekslərinin yaradılmasını planlaşdırır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)