Həyat tərzi

Vahid Ələkbərovun zavodunda partlayış olub

Rusiyanın Uxta şəhərində neft emalı zavodunda partlayış olub və yanğın başlayıb. Şahidlərin sözlərinə görə, partlayışın təsiri ilə şəhərdəki yaşayış evlərinin pəncərələri qırılıb.

Bu barədə “Mash” nəşri məlumat yayıb.

Partlayış yerli vaxtla saat 16:45-də baş verib. Yanğın ərazisi 1000 kvm-dən çoxdur. İlkin məlumata görə, partlayış dizel yanacağının emalı üzrə təsisatda texnoloji prosesin pozulması nəticəsində baş verib.

Hələlik ölənlər və yaralananlar haqqında dəqiq məlumat verilmir.

Hazırda 78 nəfər canlı qüvvə və 18 texnika yanğının söndürülməsi ilə məşğul olur.

Qeyd edək ki, Uxta neft emalı zavodu 1933-cü ildə təsis edilib. 1999-cu ildən bu zavod Vahid Ələkbərovun rəhbəri olduğu LUKOIL neft şirkətinə aiddir. Zavodun gücü ildə təxminən 4 milyon ton neft təşkil edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)