Tenderlər

Nazirlik məlumat bazasını bu şirkətə həvalə etdi - 1,3 MİLYONA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid olan  məlumatların saxlanılması və hiper-konvergen infrastrukturunun yaradılması ilə bağlı tenderlərin qalibləri açıqlanıb. 

"BI" müqavilələrin reystrinə istinadən xəbər verir ki, hər 2 tenderdə eyni şirkət - "Fominov Konsaltinq" MMC  qalib olub. Həmin  işlərin həayata keçirilməsi üçün şirkətə ümumilikdə 1 milyon 321 min 314 manat vəsait köçürüləcək. 

Birinci müqaviləyə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus məlumatların saxlanması sisteminin virtuallaşdırılması və onlayn ehtiyat nüsxəsinin yaradılması  işləri görüləcək. Bunun üçün  "Fominov Konsaltinq" MMC-yə  637 min 169 manat ödəniləcək. 

Hiper-konvergen infrastrukturunun yaradılmasına isə 684 min 145 manat ayrılacaq. Hər 2 müqavilə noyabrın 8-də bağlanıb.  

 

28

Əmək və Əhalinin

Sosial Müdafiəsi Nazirliyi

Fominov

Konsalting MMC

Məlumatların Saxlanması Sisteminin Virtuallaşdırılması

və Onlayn ehtiyat nüsxənin yaradılması işləri

637169.32

2018-11-08

29

Əmək və Əhalinin

Sosial Müdafiəsi Nazirliyi

Fominov

Konsalting MMC

Hiper-konvergen İnfrastrukturun (HKI) yaradılması işləri

684145.12

2018-11-08

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department