Hesabatlar

“Aqrolizinq” gəlirlərini və xərclərini gizlətdi - 40 MİLYON ZƏRƏR

2017-ci illə müqayisədə 2018-ci ildə “Aqrolizinq” ASC-nin yığılmış zərəri 3 milyon 500 min manat azalaraq 40 milyon 480 min manata düşüb.

“ENA” xəbər verir ki, “Aqrolizinq” 2020-ci ildə 2018-ci ilin maliyyə göstəricilərini açıqlayıb, amma yarımçıq. Şirkət yalnız balans hesabatını dərc edib, gəlirlərini və xərclərini gizlədib.

Balans hesabatından məlum olur ki, 2017-ci ilin sonunda 43 milyon 979 min 739 manat təşkil etmiş yığılmış zərər 2018-ci ildə 40 milyon 479 min 739 manata düşüb. Yığılmış zərərin azalması 2018-ci ildə “Aqrolizinq”in xalis mənfəət əldə etdiyinə işarədir. 

2018-ci ildə “Aqrolizinq”in  cəmi aktivləri 216 milyon 645 min manat artaraq 1 milyard 149 milyon manata, cəmi kapitalı isə 141 milyon 678 min manata artaraq 679 milyon 135 min manata yüksəlib.

2019-cu ildə “Aqrolizinq”in  bir sıra səlahiyyətləri Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) verilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)