Rəsmi

İsrailin müdafiə naziri istefa verdi

 İsrailin müdafiə naziri Aviqdor Liberman İsrail hökumətinin fələstinlilərə qarşı siyasətinə etiraz olaraq istefa verib.

"Buraya, həqiqətən, müdafiə naziri vəzifəsindən istefa verdiyimi elan etmək üçün gəlmişəm", - deyə A.Liberman Knessetdə (İsrail parlamentində) keçirilən görüşdən sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Qəzza sektorunda atəşkəs elan edilməsi və bununla paralel vəziyyəti nizamlamağa cəhd göstərilməsi terror qarşısında təslim olmaqdır.

İsrail KİV-inin məlumatına görə, A.Liberman həmçinin növbədənkənar seçkilərin keçirilməsinə çağırış etmək niyyətindədir. 

Qeyd edək ki, A.Libermanın istefası ölkənin baş naziri Binyamin Netanyahunu parlament çoxluğunun dəstəyindən məhrum etmir, amma İsraildə hakim sağçı-dini koalisiyanın mandatını 120-dən 61-ə endirir və bu amil növbədənkənar seçkilərin keçirilməsinin ehtimalını artırır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)