Almaniyanın avtomobil istehsalı 23 ilin ən aşağı səviyyəsinə düşüb
Almaniyanın avtomobil istehsalı keçən il 4.66 milyon ədəd ilə 1996-cı ildən bu yana ən aşağı səviyyəsinə geriləyib
Avropanın ən böyük iqtisadiyyatı Almaniya qlobal ticarət müharibəsindən zərər görüb. "Marja" xəbər verir ki, Almaniya şirkətlərinin avtomobil istehsalı da 23 ilin ən aşağısı səviyyəsinə düşüb.
Volkswagen AG, BMW AG və Daimler AG kimi avtomobil istehsalçıları ötən il Almaniyadakı zavodlarında 4 milyon 660 min ədəd avtomobil istehsal edərək, 1996-cı ildən bəri ən zəif istehsal həcmini reallaşdırıblar.
Ölkənin avtomobil lobbilərindən VDA isə Bazar ertəsi paylaşdığı rəqəmlərdə, 9%-lik azalmanın beynəlxalq bazarlardakı tələbin azalmasından qaynaqlandığı qeyd edilib.