Bank

"Azericard"dakı səhvə görə bank kartlarından pul silinib - FOTO

“AzeriCard” MMC-nin səhvi səbəbindən bəzi bankların plastik kartlarından vəsaitlərin silinməsi baş verib.

"ENA" xəbər verir ki, bu barədə bank müştərilərinə göndərilən mesajda bildirilir. 

"Hörmətli müştəri, "Azericard" prosessinq mərkəzinin səhvi ilə bağlı 19 dekabrdan sonrakı kommunal ödənişləriniz 2 dəfə silinib. Səhv silinən məbləğ geri qaytarılacaq. Narahatlığa görə üzr istəyirik" - deyə xəbərdarlıqda bildirilir.

"Azericard"dan "Report"a verilən açıqlamada isə deyilir ki, prosessinq mərkəzində hər hansı problem aşkar edilməyib:

"Nəzərinizə çatdırmaq istəyirik ki, bu mesaj "Azericard"dan asılı olmayan səbəblərdən müştərilərə göndərilib. Araşdırmalar aparılır və tezliklə ətraflı məlumat veriləcək".

Xatırladaq ki, “AzeriCard” 21 banka xidmət göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)