ENA+

Biznesmen kəndi sakinlərlə birgə satışa çıxardı

Rusiyada Krasnoyarsk vilayətində bir biznesmen kəndi sakinlərlə birlikdə satmaq üçün elan verib. 

RİA-nın xəbərinə görə, İstintaq İdarəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko deyib ki,  Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin, Krasnoyarsk İstintaq idarəsinin rəhbərliyinə kəndi sakinləri ilə birlikdə satmağa çalışan yerli iş adamı haqqında mediada yayılan məlumatların yoxlanılmasını tapşırıb.

“Aleksandr Bastrıkin ərazi istintaq idarəsinin rəhbərliyinə KİV-lərdə səsləndirilən dəlillərin doğruluğunu diqqətlə yoxlamaq və vəziyyət barədə İstintaq Komitəsinin mərkəzi aparatına məlumat verməyi tapşırıb”, - deyə Petrenko bildirib.

Qeyd edək ki, KİV-də Krasnoyarsk vilayətindən olan sahibkarın özünü Vasilyevka kəndinin sahibi elan etdiyi və kəndi satışa çıxardığı barədə xəbər yayılıb.

O, ferma, anbar və yaşayış evlərini orada yaşayan insanlarla birgə müştərilərə təklif edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)