Sənaye

“SOCAR Petroleum” 25-dək CNG məntəqəsi açmağı planlaşdırır

Gələn il ərzində “SOCAR Petroleum” QSC CNG (“compressed natural gas” - Sıxılmış təbii qaz) yanacaqdoldurma məntəqələrinin sayını artırmağı planlaşdırır.

ENA.az xəbər verir ki, bunu “SOCAR Petroleum” QSC-nin Baş direktorunun innovasiyalar üzrə müavini Elnur Mustafayev bildirib.

Onun sözlərinə görə, bu tip yanacaqdoldurma məntəqələrinin ümumi sayının 25-30-a çatdırılması proqnozlaşdırılır:

“Bu gün artıq doqquz CNG yanacaqdoldurma məntəqəsi mövcuddur. Gələn il yanacaqdoldurma məntəqələrinin quraşdırılma planına uyğun olaraq, təqribən 21-25 yanacaqdoldurma məntəqəsinin quraşdırılması planlaşdırılır.

Hazırda bizim mövqeyimiz CNG yanacaqdoldurma məntəqələrini mövcud məntəqələrdə quraşdırmaq və istismar etməkdən ibarətdir”. 

Qeyd edək ki, hazırda beş CNG yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.  Bu həftə ərzində “SOCAR Petroleum” Bakıda və Abşeron yarımadasında daha dörd CNG yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)