2020-ci il üçün FHN-ə milyonlar ayrılır – 49% ARTIM
Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsindən Fövqəladə Hallar Nazirliyi üzrə xərcləri 271,29 mln manat təşkil edəcək.
ENA.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanununun tətbiqi ilə bağlı bir sıra məsələrlə barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Bu isə ötən il ərzində Fövqəladə Hallar Nazirliyinə ayrılan xərclərin həcmindən 49% daha çox olması və ya 1,5 dəfə artması deməkdir.
Bildirək ki, ötən ilin büdcəsindən Fövqəladə Hallar Nazirliyinin xərcləri 182,31 mln. manat təşkil edirdi.