Sosial iqtisadiyyat

Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyaları təşkil olunacaq

Baş Nazir Əli Əsədov Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyalarının yaradılması və əsasnaməsinin təsdiq edilməsi haqqında qərar imzalayıb.

Nazirlər Kabinetindən verilən məlumata görə, iqtisadiyyatın müxtəlif sahələrində işçilərin peşə bacarıqlarına ehtiyaclarının öyrənilməsi, peşə və kvalifikasiya standartlarının hazırlanması, yenidən hazırlanması və ya müddətinin uzadılması ilə bağlı müzakirələrin keçirilməsi, təkliflərin verilməsi və qərarların qəbul edilməsi istiqamətində dövlət hakimiyyəti orqanları, təhsil müəssisələri, işəgötürənlər və onların birlikləri, peşə assosiasiyaları və həmkarlar ittifaqı birlikləri tərəfindən həyata keçirilən fəaliyyətlərin əlaqələndirilməsi məqsədilə Bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyaları yaradılıb və tərkibləri təsdiq edilib.

Bundan başqa, bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyasının Əsasnaməsi də təsdiqlənib.

Komissiyanın əsas məqsədi iqtisadiyyatın müxtəlif sahələrində işçilərin peşə bacarıqlarına ehtiyaclarının öyrənilməsi, standartın hazırlanması, yenidən hazırlanması və ya müddətinin uzadılması ilə bağlı müzakirələrin keçirilməsi, təkliflərin verilməsi və qərarların qəbul edilməsi istiqamətində dövlət hakimiyyəti orqanları, təhsil müəssisələri, işəgötürənlər və onların birlikləri, peşə assosiasiyaları və həmkarlar ittifaqı birlikləri tərəfindən həyata keçirilən fəaliyyətləri əlaqələndirməkdən ibarətdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department