İnşaat və əmlak

2 şirkətə 3 milyon manatlıq sifariş - ÇOXSAYLI EVLƏRİ TƏMİR EDƏCƏKLƏR

"TALEH TT " MMC və "Dərələyaz - 1 " MMC Ağsu rayonunda 05 fevral 2019-cu il tarixində baş vermiş zəlzələ nəticəsində ziyan çəkmiş çoxsaylı yaşayış evlərində təmir işləri aparacaqlar.

"ENA" xəbər verir ki, Ağsu rayon İcra Hakimiyyəti hər iki şirkət ilə 3 milyon manatlıq müqavilələr bağlayıb.

"TALEH TT" MMC  ilə bağlanmış müqavilənin məbləği 1 milyon 304 min manat, "Dərələyaz - 1" MMC ilə bağlanmış müqavilənin məbləği isə 1 milyon 696  min manatdır. 

Hər iki müqavilə Ağsu rayonunda 05 fevral 2019 - cu il tarixində baş vermiş zəlzələ nəticəsində ziyan çəkmiş çoxsaylı yaşayış evlərindən sənədləri hazır olan (smetası və Fövqaladə Hallar Nazirliyinin qiymət cədvəlləri) yaşayış evlərində təmir işlərini nəzərdə tutur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)