Azərbaycandan kapital çıxışı artıb
2019-cu ilin yanvar-sentyabr aylarında (9 ay ərzində) Azərbaycandan kapitalın repatriasiyasının (çıxarılma) həcmi 2 milyard 365.5 milyon dollar təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etidiy 2019-cu ilin 9 ayı üzrə Azərbaycan Respublikasının Tədiyyə Balansı məlumatında qeyd olunub.
Müqayisə üçün bildirək ki, 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan kapitalın repatriasiyası həcmi 2 milyard 103,5 milyon dollar təşkil etmişdi. Beləliklə, cari ilin 9 ayı ərzində Azərbaycandan kapitalın çıxarılması 262 milyon dollar artıb.
Azərbaycandan çıxarılan kapitalın həcmi 2017-ci ilin analoji dövründə 2 milyard 86,7 milyon dollar təşkil etmişdi.
"2019-cu ilin 9 ayında tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (304.2 milyon dollar) artımı cəlb olunmuş investisiya ilə (2 milyard 669.7 milyon dollar)
kapitalın repatriasiyası (2 milyard 365.5 milyon dollar) arasındakı fərqdən formalaşır", - 2019-cu ilin 9 ayı üzrə Azərbaycan Respublikasının Tədiyyə Balansında bildirilib.