MALİYYƏ

“Bu pullar bir çox hallarda havaya sovrulub gedir”

“Korrupsiyaya qarşı aparılan mübariziəni gücləndirməklə 100 milyonlarla pul əldə etmək olar ki, bunu da sosial sahələrin inkişafına yönəltmək olar”.

"BI" xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentdə büdcə müzakirələrində deyib. O, çıxışında daha çox təmir-tikinti sahəsinə diqqət ayırıb: “Harada təmir-tikinti həyata keçirilirsə və vəsait öz təyinatı üzrə istifadə edilmirsə, bunun iqtisadiyyata heç bir töhfəsi olmur. Bu pullar bir çox hallarda havaya sovrulub gedir. Ona görə də bu məsələyə nəzarəti gücləndirmək lazımdır və məsələni özbaşına buraxmaq olmaz”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)