Niyə İnternetin inkişaf etdiyi bir dövrdə 100 mln. avroluq kitabxanalar tikilir?
Bir il əvvəl Helsinkinin mərkəzində “Oodi Helsinki Central Library” açılmışdı. 2019-cu ilin yayında o, dünyanın ən yaxşı kitabxanası kimi adlandırıldı. Ümumilikdə, bu kitabxanasını yaradılmasına müxtəlif səviyyəli büdcələrdən demək olar ki, 100 milyon avro vəsait ayrılıb.
Bütün dünyada yeni kitabxanalar tikilir və ya köhnələri yenidən qurulur. İnsanın həyatı təkcə iş və evə getməkdən ibarət olmaması üçün sosioloqlar “üçüncü yer” konsepsiyasını təklif etmişdilər –insanın özünü rahat hiss edə biləcəyi şəhər sahəsi. Kitabxanalar bu şərtlərə cavab verirlər.
2018-ci ilin dekabr ayında Helsinki şəhərinin mərkəzində, parlament binasının qarşısında və Musiqi Evinin və qatar stansiyasının yanında “Oodi Helsinki Central Library” kitabxanası inşa edildi. Onun uzunluğu 100 m-dən çoxdur, fasadı beton, polad və şüşə materialından hazırlanıb və görünüşcə buz parçasını xatırladır. Layihənin müəllifi 2013-cü ildə keçirilən 500-dən çox iştirakçı ilə beynəlxalq müsahibənin qalibi “ALA Architects” bürosudur.
Bina üç səviyyəyə bölünür – lobbi və şəhər meydanının davamı, məlumat masaları, kafe, kinoteatr, 240 yer, oyun meydançası. İkinci səviyyədə iş sahəsi yerləşir: burada siz tədbirlər, mühazirələr, seminarlar üçün qapalı otaqları icarəyə götürə və hətta 3D skaner, lazer kəsici və digər vasitələrdən istifadə edərək özünüz müxtəlif əşyalar düzəldə bilərsiniz. Nəhayət, kitabxananın ən yuxarı mərtəbəsində 100 mindən çox kitab, bir neçə canlı ağac və komfort oturacaqlar yerləşdirilmişdir. Burada həmçinin yayda kitab oxuya-oxuya şəhərin mənzərəsini izləyə biləcəyiniz geniş eyvan da var.
Qeyd edək ki, kitabxanaya giriş pulsuzdur, müəyyən otaqları pulsuz icarəyə götürmək mümkündür. Lakin buna baxmayaraq, böyük otaq icarəyə götürmək istəsəniz, müəyyən məbləği ödəməli olacaqsınız. Məsələn, aşpazlıq üzrə master-klass 150 avro, kinoteatr isə 1300 avro qiymətindədir.
2019-cu ilin avqustunda “Oodi Helsinki Central Library” Kitabxana Müəssisələrinin Beynəlxalq Federasiyası (IFLA) müsabiqəsində qalib olub. Onun ötüb keçə bildiyi namizədlər sırasında “Bibliotheek LocHal” (Niderland, Tilburg) və “Christchurch” (Yeni Zelandiya) kitabxanaları var.