Sığorta şirkətləri "xəbərçilik" edəcəklər – YENİ TƏLƏB
Azərbaycanca sığorta şirkətlərini üzərinə yeni vəzifə qoyulur.
"BI" xəbər verir ki, bu, Vergilər Məcəlləsinə gözlənilən dəyişikliklərdə nəzərdə tutulub.
Yeniliyə əsasən, sığorta fəaliyyəti ilə məşğul olan şirkətlərin üzərinə yeni vəzifə qoyulur. Belə ki, sığortaçılar hüquqi şəxslərə məxsus siğortalanan əmlak barədə hər rüb məlumat verməlidirlər.
Belə ki, Məcəlləyə aşağıdakı məzmunda 16.6-cı maddə əlavə edilir:
«16.6. Sığortaçılar və təkrarsığortaçılar tərəfindən
hüquqi şəxslərə, onların filial və nümayəndəliklərinə məxsus sığortalanmış (təkrarsığortalanmış) əsas vəsaitlər barədə məlumat rüb bitdikdən sonra növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir».
Bu yenilik, hüquqi şəxslərə məxsus əmlakların vergiyə cəlb olunması məqsədilə edilib.