Bu gün yanıb kül olan bazar - BU HOLDİNQƏ MƏXSUSDUR
Bakı - Sumqayıt şosessində yerləşən, Azərbaycanda ən qabaqcıl tikinti materialları bazarlarından biri sayılan “EuroHome” yanıb. Hadisə yerindən çəkilmiş foto və videolardan məlum olur ki, bazarın böyük hissəsi kül olub.
ENA.az xəbər verir ki, “Eurohome” bazarları “AF Holdinq” şirkətlər qrupuna məxsusdur. Holdinqin 2-ci “EuroHome” bazarı Ziya Bünyadov prospektində (Dərnəgül) yerləşir.
Sumqayıt şosessində yerləşən “EuroHome” bazarı 2013-cü, Dərnəgüldə yerləşən "EuroHome” bazarı isə 2018-ci ildə istifadəyə verilib.
"AF Holdinq"in təsisçisi və Prezidenti Azay Möhnatovdur.