Sosial iqtisadiyyat

İran və Azərbaycan arasında ticarət dövriyyəsi 100 faiz artacaq

İran və Azərbaycan arasında ticarət dövriyyəsinin cari ildə (21 mart 2019-dan - 21 mart 2020-dək) 100% artacağı proqnoz edilir.

Bunu İran və Azərbaycan birgə ticarət palatasının iranlı baş katibi Hüseyn Vosuqi İrani açıqlamasında deyib.

H.V.İraninin sözlərinə görə, cari ilin 8 ayı ərzində (21 mart -21 noyabr) İranın Azərbaycana məhsul ixracının dəyəri 380 milyon dollara çatıb:

“İranın ixrac etdiyi məhsullar əsasən tikinti materialları, ərzaq maddələri, meyvə və tərəvəz, kauçuk materialları, neft-kimya məhsullarının xammalı olub”.

İranlı baş katibin sözlərinə görə, ölkəsi təxminən 400-500 növ məhsulu Azərbaycana ixrac edib.

Vosuqi İrani bildirib ki, İran Azərbaycandan əsasən heyvan yemi, soya sıxılmışı (cımıx) və bəzi ərzaq maddələri, kənd təsərrüfatı məhsulları idxal edib.

İran Azərbaycanda avtomobilqayırma, əczaçılıq, yeni texnologiyalar sahəsində investisiyalar yatırıb. Bununla yanaşı azərbaycanlı investorlar İranın bəzi vilayətlərində müxtəlif sektorlarda yatırımlar ediblər:

“Proqnoz olunur ki, iki ölkə arasında avtomobil ehtiyat hissələri, sənaye avadanlıqlar, ərzaq məhsulları istehsal edən sənaye avadanlıqları sahəsində gələn aylarda mübadilələr həyata keçiriləcək”.

Qeyd edək ki, İranın Ticarət İnkişafı Təşkilatının hesabatına əsasən, ötən İran ilində (21 mart 2018-dən - 21 mart 2019-dək) İran Azərbaycana 411 milyon dollar dəyərində məhsul ixrac və Azərbaycandan 26 milyon dollar dəyərində məhsul idxal edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)