Çingiz Mustafayevin qardaşı “İNS ÇM” şirkətini yaratdı

Seyfulla Mustafayev İNS ÇM şirkətinin rəhbəri oldu.
Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin qardaşı Seyfulla Mustafayev “İNS ÇM” MMC adlı şirkət yaradıb. Şirkətin adı fəaliyyətin radio ilə bağlı olacağına işarə edir.
"ENA" xəbər verir ki, nizamnamə kaptalı 100 manat təşkil edən “İNS ÇM” MMC Şərifzadə küç., 174, məhəllə 62 ünvanında qeydiyyatdan keçib. Şirkətin qanuni nümayndəsi Mustafayev Seyfulla Fuad oğludur.
MMC 2019-cu il noyabrın 12-də dövlət qeydiyyatından keçib.
Bir vaxtlar 102,0 MHz radio tezliyində "ANS-ÇM" radiosu fəaliyyət göstərirdi. Hazırda bu tezlik müsabiqəyə çıxarılıb. Müsabiqəyə 4 şirkət sənədlərini təqdim edib.