"Avro yavaşca dolların yerini alır"
"Deutsche Bank"ın araşdırma departamentinin rəhbəri Avronun yavaş yavaş dolların yerinə keçdiyini bildirib.
Avro, qlobal borclanma pul vahidi olaraq dolların payından alır.
"ENA" xəbər verir ki, "Deutsche Bank"ın Valyuta araşdırma departamentinin rəhbəri George Saravelos, "Artıq kimsə nağd olaraq Avronu əlində saxlamaq istəmir, lakin borclanma vasitəsi olaraq istifadə etmək istəyir. Nəticə olaraq Avro Bölgəsi, beynəlxalq maliyyə sisteminin yeni likvidlik təminatçısı mövqesinə gəlir və Avro yavaşca dolların yerini alır" deyib.
Avro, beynəlxalq borclanmada, bankalararası maliyyələşmədə və "carry trade" üçün gedərək daha çox istifadə edilir.
"Carry trade" - aşağı faizli pul vahidindən borclanaraq daha yüksək faizli pul vahidlərinə ya da daha çox gəlir təmin edən alətlərə sərmayə qoymağı nəzərdə tutur. Bu, volatillik aşağı olduğu zaman işə yarayır.