Rəsmi

"Bu il Azərbaycandan meyvə-tərəvəz daşıyan 36 nəqliyyat vasitəsi geri qaytarılıb"

 “Ötən 4 ay ərzində Azərbaycanın meyvə və tərəvəz sahəsində ixrac potensialı 20 faizə yaxın artıb. Keçən ilin müvafiq dövründə meyvə və tərəvəz məhsullarının tərkibindəki göstəricilərə görə 81 nəqliyyat vasitəsi geri qaytarılmışdısa, bu ilin müvafiq dövründə onların sayı 36-ya enib”.

"BI" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O qeyd edib ki, qida məhsulları idxal edən şirkətlərlə yanaşı, son 4 ay ərzində müsbət tarixçəsi olan meyvə-tərəvəz ixrac edənlərə də asanlaşdırılmış nəzarət sistemi tətbiq olunacaq: “İxracatçılara da bəyan etdik ki, fəaliyyətləri zamanı ölkədən məhsul ixrac edərkən kimin məhsulun içərisində keyfiyyət göstəricisi beynəlxalq standartlara uyğun olubsa, onlara asan ixrac mexanizmi tədbiq olunacaq. Onların məhsulları daha sadələşdirilmiş formada ekspertizalara cəlb olunacaq. Bu da iş adamlarının məhsularını daha çevik ixrac etməklərinə səbəb olacaq”.

Q.Təhməzli eyni zamanda vurğulayıb ki,  Azərbaycanın fındıq məhsullarını daşıyan bir dənə də nəqliyyat vasitəsi Avropa ölkələrindən geri qaytarılmayıb: “Hazırda Almaniyada bir nəqliyyat vasitəmiz ekspertizaya cəlb olunub. O da geri qayıtmayıb. Bu da keçən illərə nisbətən daha müsbət yöndə olan dəyişiklikdir”. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department