Azərbaycanda bank müştərilərinin sayı 24% artıb
Bu ilin noyabrın 1-nə Azərbaycanın bank sektorunun müştəri bazası aylıq müqayisədə 122 004 şəxs artaraq 7 845 360 şəxs təşkil edib.
Azərbaycan Mərkəzi Bankının(AMB) statistikasına görə, müştərilərin 7 726 983 nəfəri fiziki, 118 377 nəfəri hüquqi şəxslərdir. Oktyabr ayı ərzində fiziki şəxslərin sayında 120 219, hüquqi şəxslərin sayında isə 1 785 şəxs artım qeydə alınıb.
Ayrıca bu müddətdə bank müştərisi olan fərdi sahibkarların sayında da artım olub. Belə ki, bu kateqoriyadan olanların sayı 33 236 şəxs artaraq 346 970-ə çatıb.
Xatırladaq ki, ilin əvvəli ilə müqayisədə bank müştərilərinin sayı 1 509 955 şəxs və ya 23,8% artıb.