TURİZM

Azərbaycanın turizm dəhlizləri boyu sanitar qovşaqlar tikiləcək

“Azərbaycanda turizm dəhlizləri boyu sanitar qovşaqlar yoxdur və bu, regionlara gedən turistləri çox narahat edir”.

"ENA" xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti – 2019” tədbirində Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib.

“Sevindirici haldır ki, artıq bununla bağlı işlər görülür. Turizm dəhlizləri boyu müəyyən olunmuş sahələrdə sanitar qovşaqların tikintisi nəzərdə tutulub”, - deyə o, qeyd edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)