Sənaye

Azərbaycanlını işə götürən Rusiya şirkəti cərimələndi

Azərbaycanlı miqranta görə Rusiyanın “Penza Spirtli İçki Zavodları Birliyi” cərimələnib. Bildirilir ki, Məhdud Məsuliyyətli Cəmiyyət miqrasiya qanununun tələblərinə əməl edilməməsində təqsirli bilinib. 

Bu barədə “Penza obzor” Nijnelomovski rayon məhkəməsinin mətbuat xidmətinə istinadən xəbər verib.

İnzibati sanksiya əcnəbi ilə mülki hüquq müqaviləsinin ləğv edilməsi barədə məlumatların icra orqanlarına vaxtında verilməməsi ilə əlaqədardır. Məhkəmə tərəfindən 400 min rubl (10600 AZN) cərimə təyin olunub.

Müttəhim qərarla bağlı şikayət verib.

Şirkət nümayəndələrinin inzibati iş başlamazdan əvvəl Azərbaycan vətəndaşı ilə bağladığı müqavilənin ləğvi barədə məlumatı hüquq-mühafizə orqanlarına göndərdiklərini və müəssisələrin çətin maliyyə vəziyyətini nəzərə alaraq, cərimənin miqdarını iki dəfə azaltmaq qərarına gəliblər. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)