Vakansiyalar

Amrahbank işçi axtarır - VAKANSİYA

“Amrahbank” ASC-də Çirkli pulların yuyulmasına qarşı mübarizə şöbəsinin baş mütəxəssisi vakansiya elan edilir

Namizədə tələblər:

- Maliyyə və ya iqtisadi sahədə ali təhsil;
- Bank qanunvericiliyi barədə biliklər;
- Sahə üzrə 1-3 illik iş təcrübəsi;
- Yüksək analitik düşünmə və yüksək analiz qabiliyyəti;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Fərdi və komanda ilə işləmək qabiliyyəti;
- Biznes proseslərin təhlil olunması;
- Mövcud biznes proseslərin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excell-dən istifadə bacarığı;
- Azərbaycan, Rus və İngilis dili biliyi.

İşçinin vəzifəsi:

- Əməliyyat üzrə risklərin müəyyən edilməsi;
- Əməliyyat üzrə müxtəlif ssenarilər üzrə Bankın risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması;
- Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi;
- Bankın filial bölmələrində aparılan əməliyyatların qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin aparılması ;
- Bütün əməliyyat riskləri haqqında məlumatların vahid reyestrdə birləşdirilməsi;
- Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər vermək;
- Təşkilatda risklərin idarə olunmasına dair korporativ aktların hazırlanmasında iştirak edilməsi (siyasət, prosedur, tənzimləmə, risk qiymətləndirmə üsulları).

Maraqlı olan şəxslər CV-lərini ird@amrahbank.az ünvanına göndərə bilərlər (e-mail-in mövzu hissəsində CV-də müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur).

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department