İstanbul-Yerevan təyyarə reysləri ləğv olunub
![](https://ena.az/uploads/news/2019-11/_ena_7e862e9d9b6d8ad4e8f7028ce_o.jpg)
Türkiyənin İstanbul şəhərindən Yerevana uçan təyyarə reysləri ləğv olunub.
ENA.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, uçuşlar noyabrın 27-dən ləğv olunacaq.
Uçuşları həyata keçirən Türkiyənin “Atlas Qlobal” aviaşirkəti buna qədər həftədə 2 dəfə İstanbul-Yerevan reysini həyata keçirirdi. Uçuşların bərpası dekabrın 21-dən bərpa olunması gözlənilir.