Elm və Texnologiya

Bakıda internet xidmətinin göstərilməsində fasilələr yaranacaq

Noyabrın 21-də axşam saatlarında internet şəbəkəsində qısa fasilələr yaranacaq.

Bu barədə “Bakı Telefon Rabitəsi” MMC-dən məlumat verilib. 

“Bakı Telefon Rabitəsi” MMC-nin internet şəbəkəsində xidmət keyfiyyətinin artırılması və şəbəkənin gücləndirilməsi istiqamətində təkmilləşdirmə işləri həyata keçirilir.

Bununla əlaqədar müvafiq xidmətlərin göstərilməsində qısa fasilələr yarana bilər. Profilaktik tədbirlər yekunlaşdıqdan sonra internet xidmətinin fəaliyyəti tam bərpa ediləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department