Azərbaycanın ən bahalı - YENİ İL MƏCLİSLƏRİ- SİYAHI – QİYMƏTLƏR
2020-ci il yaxıqlaşdıqca Azərbaycan otelləri Yeni İl tədbirləri üçün kaapaniyalarını açıqlayırlar.
ENA.az xəbər verir ki, tanınmış 5 ulduz otellərin paketləri həminə olduğu kimi, imkanlı təbəqəyə ünvanlanıb.
Bölgələrdə ən bahalı Yeni İl kampaniyaları Quba Palas Hotel, Qalaaltı Hotel SPA, Şəkidəki Marxal Resort SPA və Lənkərandakı «Lankaran Springs wellness resort»a aiddir.
"Marxal Resort SPA"
Şəkinin ən bahalı oteli bu dəfə Yeni İl şənliyinə sifmrişləri 1560 manatdan başlayan qiymətlərə qəbul edir. Bu qiymət iki nəfərin oteldə Yeni ili qarşılamaq şərtilə 2 gecə qalması üçündür. Qiymətə Yeni il qala gecəsi və yeni il şənliyi, gündə 3 dəfə qidalanmaq, şəhər və atçılıq turu, əyləncə proqramları, oteldəki rahatlıqdardan və spa xidmətlərindən istifadf, uşaqlar üçün əyləncə məkanı və sair addir. Eyni şərtlərdə 2 deyil 3 gecə qaldıqda qiyiət 2035 manatdan başlayır.
Otağın səviyyəsindən və ya villada yerləşməkdən asılı olaraq qiymətlər yüksəlir və 8 nəfərlik villada eyni şərtlərlə 2 gün qalmaq 5990 manat, 3 gün qalmaq isə 7 765 manatdır. Müştəriləri Yeni il gecəsinin ulduz qonaqları Aygın Kazımova və Rəhim Rəhimli də cəlb etməlidir.
"Qalaaltı Hotel & SPA"
Böyrək müalicəsi üçün Azərbaycanda yeganə ən faydalı su mənbəyini təqdim edən sanatoriyanın yerində inşaedilmiş Qalaaltı Hotel & SPA indi müalicəvi imkanarından çox bahalı qiymətləri ilə tanınır. 2020 Yeni il mövsümü də istisna deyil. 2 gecə/3 gün (giriş 31 dekabr, çıxış: 2 yanvar) müddətlərini əhatə edən Yeni İl paketinin qiyməti 1050 manatdan başlayır. Hərçənd bir az danışıb qiymətləri 950 manat endirmək olar. Bura gün ərzində 3 dəfə açıq bufet qidalanma, Yeni il axşamı açıq bufet menyusu, Uşaqlar üçün xüsusi əyləncəli proqramları (Şaxta Baba, Qar Qız və animatorlar), oyunlar, viktorinalar və sair daxildir. Qiymətlər 6 nəfərlik villa üçün 3000-3200 manat, 4 nəfərlik, amma ba==daha bahalı villa üçün 3200-3500 manat ətrafında dəyişir.
"Quba Palas Hotel"
31 Dekabr - 2 Yanvar tarixlərinə 2 gecəlik şənlik üçün qiymətlər qiymət 1500 manatdan başlayır. Bu qiymətə Deluxe Dağ Mənzərəli Otaqda 2 nəfər qalmaq və Yeni İl şəndiyində iştirak, eləcə də gündə iki dəfə yemək aiddir. Otaqların səviyyəsindən və böyüklüyündən asılı olaraq qiymətlər artır. Və 8 nəfərlik villalarda 2 gecə 3 günlük yeni il yerləşməsi 4500 manat 6 nəfərlikdə isə 4000 manatdır. Dekabrın 1-dən sonra sifarişlər zamanı qiymətlər 400-500 manat daha yüksəkdir. Maraqlıdır ki, Quba Palas Hotel və Qalaaltı Hotelin qonaqları demək olar eynidir – bunlar Avrovizion mahnı yarışmasının qalibləri Eldar Qasımov, Nigar Camal, eləcə də müsabiqənin digər iştirakçıları olacaq.
"Lankaran Springs wellness resort"
Lənkəranda son vaxtlar populyarlaşan «Lankaran Springs wellness resort»da Yeni il şənliyi nisbətən «insaflı» qiymətədir. İki nəfərin 2 gücə 3 gün Yeni ili qarşılamaq şərtilə istirahəti 870 manata başa gələcək. Burada villa olmadığına görə, çoxsaylı qonaqlar ayrı-ayrı otaqlarla yerləşdirilə bilər.
"Garabağ Resort & Spa Hotel"
«Garabağ Resort & Spa Hotel» Naftalanda yerləşir. Burda 3 gecə 4 gün hesabı ilə Yeni ili keçirmək 2 nəfərə 890 manata başa gələcək, daha artıq qonaqlar əlavə otaqlarda yerləşə bilər.
"Şamaxı Palace Şərədil"
Daha bir bahala Yeni İl gecəsi Şamaxıda təqdim edilir. «Şamaxı Palace Şərədil» də 2 gecə 3 günlük Yeni İl paketi 1250 manatdır. Burada 4 nəfərlik villada da yerləşmək olar – 3100 manatdır.